Münafiqlərin içində olduğu ruh halına əvvəlki hissələrdə saydıqlarımızdan başqa, bir çox çətinlik, hüzn, əzab və iztirab hakimdir. Münafiqin yaşayacağı əzab, hələ dünyada başlayır. Onlar böyük bir inamsızlıq və qorxu içində yaşayırlar. Möminlərdəki təslimiyyət, rahatlıq və sevincə əsla nail ola bilmirlər.
Möminlərlə birlikdə olduğu müddət münafiqin əsas xüsusiyyəti etibarlı olmamasıdır. Möminlər özlərini Allah'a təslim etmiş və hər çətinliklərini Allah'ın həll edəcəyini bilməyin rahatlığına və sevincinə qovuşmuş insanlardır. Allah'a güvənir, Allah'a təvəkkül edirlər.
Münafiq isə davamlı olaraq inamsızlıq içindədir. Allah'a təslim olmur. Davamlı özünü olmadığı biri kimi göstərməyə çalışan, davamlı olaraq özünü ətrafına sübut etməyə və bunun üçün rola girməyə cəhd edən bir insanın rahat və hüzurlu olması mümkün deyil.
Bu narahatlıq və inamsızlıq psixologiyası içində ətraflarında baş verən hər hadisənin öz əleyhlərində olacağını zənn edirlər. Hər yeni hadisədə ikiüzlülüklərinin ortaya çıxacağından narahatlıq duyurlar. Quranda münafiqlərin bu ruh halı, "... Hər çağırışı özləri əleyhində zənn edirlər" (Münafiqun surəsi, 4) ayəsi ilə ifadə edilir.
Başqa bir ayədə münafiqlərin hər zaman şübhə içində olduqları və vəsvəsələr içində boğulduqları belə bildirilir:
(Münafiqlər) onları haraylayıb deyəcəklər: "Məgər biz sizinlə birlikdə deyildikmi?" (Möminlər) deyəcəklər: "Bəli, lakin siz öz-özünüzü aldadırdınız, (möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz və Allah'ın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.
(Hədid surəsi, 14)