Allah Quranda münafiqlərin "murdar" olduqlarını bildirir. Ümumiyyətlə, bütün müşriklərin "murdar" olduğunu vurğulayan "Tövbə" surəsinin 28-ci ayəsində münafiqlərlə bağlı olan digər ayələrdə də fiziki və mənəvi bir pislikdən danışılır. Münafiqlərin Peyğəmbərimiz (s.ə.v.) və yanındakı möminlərdən ayrıldıqda qurduqları "Dirar Məscidi" ilə möminlərin məscidi arasındakı fərq izah edilərkən də möminlərin məscidində "təmizlənməyi sevən"" insanlar olduğuna diqqət çəkilir. (Tövbə surəsi, 107-108) Münafiqlərdən bəhs edən başqa bir ayədə isə Allah belə buyurur:
Qəlbində xəstəlik olanlara gəlincə, (o surə) onların murdarlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qalaraq ölürlər.
(Tövbə surəsi, 125)