Münafiqlər digər bütün inkarçılar kimi Allah'a qarşı nankordurlar. Özlərini yaradan və müxtəlif nemətlərlə yaşadan Allah'a nankorluq edir, Onun hökmlərindən üz çevirirlər.
İkinci bir nankorluqları isə möminlərə qarşıdır. Çünki möminlərin arasına qatıldıqda, möminlər onlara kömək etmişdir. Möminlər onları imana çağırmış, onların axirətini qurtarmağa çalışmışlar. Onlara verdikləri nəsihətlər, etdikləri xəbərdarlıq və xatırlatmalar onların yaxşı olmalarını istədikləri üçündür.
Bunun qarşılığında münafiqlərin rəftarı isə möminlərə düşmənçilik bəsləməkdən başqa bir şey deyil. Əlbəttə bu, böyük bir nankorluqdur və Quranda münafiqlərin bu nankorluqları belə izah edilir:
Allah'a and içirlər ki, (nalayiq sözlər) deməyiblər. Onlar küfr sözünü demiş, İslamı qəbul etdikdən sonra kafir olmuş və bacara bilmədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Allah'ın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına görədir. Əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada da, axirətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə onların nə bir dostu, nə də bir köməkçisi vardır.
(Tövbə surəsi, 74)
Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allah'ı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz.
(Tövbə surəsi, 80)