Münafiqlər iman gətirən səmimi Müsəlmanlardan xarici görünüş baxımından elə də çox fərqlənmirlər, lakin daxili aləmləri tamamilə fərqlidir. Münafiqlər kənardan baxan insana dini yaşadıqları təəssüratını verə bilərlər. Danışıqları, rəftarları ilə Müsəlman təqlidi edə bilər, ibadətləri ilə özlərini dindar olaraq tanıda bilərlər. Ancaq onların din anlayışı Quranı deyil, öz yalnış məntiqlərini əsas olaraq qəbul edir. Dinlə bağlı düşüncələrinin təməlində mənfəət qazanma, öz istək və ehtiraslarını təmin etmək məqsədi yatır.
Münafiqlər bu niyyətlərini gizlədərək möminlər arasında Quran əxlaqının yaşandığı mühitdəki gözəlliklərdən istifadə etmək istəyirlər. Allah'ın Müsəlmanlar üzərində yaratdığı bolluq, bərəkət, gözəllik, hüzur, güvən, sevinc, qardaşlıq, şəfqət, mərhəmət, sevgi, hörmət mühitindən faydalanmağa çalışırlar. Həmçinin bu mənfəətpərəstliklərini heç kəsin hiss etmədiyini, Müsəlmanları aldatdıqlarını düşünür və bunu çox yaxşı bacardıqlarına inanırlar.
Ancaq münafiqlər bu düşüncələrində çox yanılırlar. Çünki ən kiçik bir səmimiyyətsizlik belə iman gözü ilə baxdıqda dərhal anlaşılır. Lakin hər şeydən mühüm olanı, gizlinin gizlisini bilən, hər şeyin iç üzündən xəbərdar olan Allah bu şəxslərin əsl üzünü bilir. Başqa sözlə, saxta olaraq daşıdıqları mömin əlamətlərinin də Allah Qatında heç bir dəyəri yoxdur.
Allah bu şəxslərin etdikləri ibadətlərin dəyərsiz olduğunu "... Şübhəsiz ki, bunların etiqad etdikləri (əqidə) məhvə məhkumdur, gördükləri işlər isə batildir" (Ə'raf surəsi, 139) ayəsi ilə ifadə edir. Həmçinin Allah münafiqlərin səmimiyyətsiz dindarlıqlarından, gizli qaldığını düşündükləri yönlərindən də xəbərdar olandır. Başqa sözlə, münafiqlər bu saxtakar yanaşmaları ilə ayədə xəbər verildiyi kimi, "...yalnız özlərini aldadırlar və şüurunda deyildirlər." (Bəqərə surəsi, 9)