Münafiqlər Allah razılığına uymadıqları, Allah razılığına uyğun işləri çirkin gördükləri üçün azırlar. Halbuki, möminlər üçün Allah'ın razılığına uyğun hərəkət etmək əsasdır və möminlərə sevinc və xoşbəxtlik verən də Allah'ın razılığını axtarmaqdır. Münafiqlər isə ibadətlərin hamısını çirkin qarşılayır, hər şeyin Yaradıcısı olan Allah'a qulluq etməyin həzzini yaşaya bilmirlər. Bir ayədə belə buyurulur:
Bu ona görədir ki, onlar Allah'ın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də (Allah) onların əməllərini boşa çıxartdı.
(Muhəmməd surəsi, 28)