Möminlər Allah'ı çox xatırlayan, için-için Ona dua edib yönələn və Ondan bağışlanma diləyən şəxslərdir. Həm öz içlərində Allah'ı çox xatırlayır, həm də sözləri və rəftarları ilə ətraflarındakı insanlara da Allah'ı xatırladırlar. Allah'ı xatırlamaq hər an Allah'ın varlığının, nemətlərinin şüurunda yaşamağın təbii bir əks olunmasıdır. Bir ayədə Allah'ı xatırlamanın əhəmiyyətinə belə diqqət çəkilmişdir:
... Allahı zikr etmək isə şübhəsiz ən böyük (ibadət)dir.
(Ənkəbut surəsi, 45)
Münafiqlərin ən diqqət çəkən xüsusiyyəti isə Allah'la əlaqələrinin olmamasıdır. Qəlbən Allah'la birlikdə deyillər, Ona yönəlməz, Onu xatırlamaz, Ondan bağışlanma diləməzlər. Bunu Müsəlman görünmək üçün zərurət kimi gördükdə edər və Allah'ı çox az anarlar. Allah bir Quran ayəsində bu həqiqəti belə bildirir:
Münafiqlər, həqiqətən də, Allah'ı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allah'ı olduqca az yad edərlər.
(Nisa surəsi, 142)
Başqa ayələrdə isə münafiqlərin Allah'ı xatırlamayan şəxslər olduqları belə izah edilir:
Münafiqlər, həqiqətən də, Allah'ı aldatmağa çalışırlar. Halbuki, (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allah'ı olduqca az yad edərlər.
(Mücadilə surəsi, 19)
Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allah'ı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.
(Tövbə surəsi, 67)
Münafiqlər Allah'ı xatırladıqda isə Allah'ın böyüklüyünü, gücünü, sənətini, elmini təqdir edə bilmədiklərindən Allah'ı haqqıyla təqdir etmirlər. Allah'ı xatırlamaqdakı məqsədləri möminləri təqlid etmək olduğu üçün istər ifadələri, istərsə də üslubları içdən və səmimi olmur. Süni, əsl düşüncələrini, hiss etdiklərini gizlədən, məcburi bir zikr olur. Aktual bir mövzudan çox axıcı, rahat, çox zəngin ifadələrlə bəhs edərkən, Allah'ı xatırlayacaqları zaman kəsik-kəsik, çətinlik çəkərək, qəlib cümlələrlə danışırlar. İçlərindən gəlmədiyi halda, belə bir məcburiyyət hiss etmələri, bir tərəfdən də iman gətirənlərə qarşı kin duymalarına səbəb olur. Quranda bu vəziyyətdən belə bəhs olunur:
Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar (insanları) pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allah'ı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.
(Zumər surəsi, 45)
Bununla birlikdə Allah'ın xatırlandığı mühitlərdən də qəsdən uzaq durur, müxtəlif bəhanələr irəli sürərək qaçmağa çalışırlar. Eyni şəkildə münafiqlər Quranın oxunduğu mühitlərdən də uzaqlaşırlar. Çünki Quranı dinlədikdə unutmaq istədikləri və düşünməkdən qaçdıqları ölüm, axirət günü, cəhənnəm kimi həqiqətlərlə üz-üzə gələcəklər. Allah bir ayədə münafiqlərin bu mövqeyinə belə diqqət çəkir:
O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər.
(Kəhf surəsi, 101)
Başqa bir ayədə isə Allah münafiqlərin üzlərindəki ifadədən belə bəhs edir:
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: "Sizə bundan daha pisini xəbər verimmi? (Bu,) Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!"
(Həcc surəsi, 72)